Almaniyada kiber həyəcanı - İnternet saytları bağlandı

Almaniyada kiber həyəcanı - İnternet saytları bağlandı
21.10.2026 19:19 Dünya

PHP proqramlaşdırma dilində aşkar edilmiş kritik boşluqlar səbəbindən Almaniyada çoxsaylı internet saytları kiberhücum təhlükəsinə qarşı müvəqqəti olaraq bağlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilib ki, saytlarını bağlayan qurumlar arasında Berlinin Şarite xəstəxanası, universitetlər, dövlət idarələri, o cümlədən Federal Tikinti Nazirliyi, Baden-Vürtemberq torpağının və Maynts şəhərinin hakimiyyət orqanları, eləcə də bələdiyyə administrasiyaları var.

Almaniyanın İnformasiya Texnologiyaları Təhlükəsizliyi üzrə Federal İdarəsi yaranmış vəziyyətlə bağlı xəbərdarlıq edib. Qurum təhlükə səviyyəsini narıncı olaraq qiymətləndirib və riskin son dərəcə yüksək olduğunu bildirib. Bu səviyyə mümkün fəsadların qarşısını almaq üçün təcili tədbirlərin görülməsini tələb edir.

Mütəxəssislərin sözlərinə görə, dünya üzrə 400-500 milyon sayt PHP əsasında hazırlanmış "WordPress" sistemindən istifadə edir. Proqramlaşdırma dilindəki boşluqlar kiberdələduzlara serverlərə məsafədən nəzarəti ələ keçirməyə və məxfi məlumatlara çıxış əldə etməyə imkan verə bilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər