Kreml güzəştə getmir! Uitkoff Sankt-Peterburqdan əliboş qayıtdı

Kreml güzəştə getmir! Uitkoff Sankt-Peterburqdan əliboş qayıtdı
21.10.2026 18:19 Dünya

ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə onu atəşkəsə razı salmaq mümkün olmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, Putin hesab edir ki, hətta Demokratlar konqresə nəzarəti ələ keçirsə belə ABŞ Hindistan və Çinin qarşısına ala bilməyəcək.

Kremlə yaxın mənbələr qeyd edib ki, eyni zamanda senatın respublikaçılarda qalması halında Amerika daxili siyasətində ciddi qarşıdurma başlaya bilər. Bu baxımdan Putin ABŞ-nin real sanksiya alətlərinə artıq inanmır.

Rusiya lideri güman edir ki, Avropa ABŞ-yə yaxın görünməklə Rusiyanı tələyə salmağa çalışır.

Həmçinin Kremlə yaxın mənbələr qışda Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tükənməsini başqa bir problem olaraq dəyərləndirirlər. Buna görə də, Putin qışda Ukrayna şəhərlərini yaşanmaz hala gətirməyə iddialıdır, dövlət başçısı zamanın onun tərəfində olduğunu düşünür və güzəştə getməyə tələsmir. Putin, həmçinin Fransa seçkilərini gözləməyi də əsas götürür.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər