Netanyahu: “Müctəba atasının yolu ilə getməyə qərar verib”

Netanyahu: “Müctəba atasının yolu ilə getməyə qərar verib”
21.10.2026 20:24 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu İranın ali rəhbəri Müctəba Xameneinin atasının yolunu davam etdirməyə çalışdığını və Tehranın nüvə silahı hazırlamaq cəhdlərini yenidən bərpa etdiyini iddia edib.

TodayPress TV xəbər verir ki, Netanyahu bu barədə açıqlamasında bildirib.

O, İranın yaratdığı təhlükəni birdəfəlik aradan qaldırmağın yeganə yolunun ölkədəki rejimi devirmək olduğunu deyib. Baş nazir bu məqsədlə İsrail Müdafiə Ordusuna, “Mossad”a və təhlükəsizlik xidmətlərinə müvafiq tapşırıq verdiyini vurğulayıb.

Netanyahu mövcud vəziyyəti İsrail üçün ekzistensial təhlükə kimi qiymətləndirib. Onun sözlərinə görə, ölkənin gələcəyindən söhbət gedir və İsrail bu mübarizədən qalib çıxacaq.

Baş nazir ABŞ Prezidenti Donald Trampın da İranla bağlı məsələnin sonadək həll edilməsinə hazır olduqlarını bildirdiyini qeyd edib. Netanyahu Vaşinqtonun bu addımı İsraillə birlikdə atmaq niyyətində olduğunu söyləyib.

O, çıxışının sonunda İran rejiminin devrilməsini, “şər oxu”nun birdəfəlik aradan qaldırılmasını, İsrailin təhlükəsizliyinin və regionda sülhün təmin edilməsini əsas məqsədlər kimi göstərib.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər