Sabah Bakının bu iki ərazisində qaz olmayacaq
Sabah Bakının Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Gəncə prospektinin, M.Hadi küçəsinin və Nəsimi rayonunun Mir Cəlal, A. Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.