Dani Olmo ağır zədə səbəbindən uzun müddətə komandadan kənar qaldı!

Dani Olmo ağır zədə səbəbindən uzun müddətə komandadan kənar qaldı!
21.10.2026 16:03 İdman

“Barselona” klubunun yarımmüdafiəçisi Dani Olmo UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Fransa PSJ-sinə qarşı keçirilən (2:4) matçda zədələnib.

TodayPress TV xəbər verir ki, Kataloniya təmsilçisinin mətbuat xidməti bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, futbolçu təxminən bir ay komandaya kömək edə bilməyəcək.

"Aparılan tibbi müayinələr nəticəsində Dani Olmonun “Paris Saint-Germain”lə matçda rəqiblə toqquşma zamanı sol ayağının adduktor (gətirici) əzələsindən zədə aldığı təsdiqini tapıb. Oyunçunun təxminən bir ay meydanlardan kənarda qalacağı gözlənilir”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər