“Srvena Zvezda” köhnə tanışa etibar etdi

“Srvena Zvezda” köhnə tanışa etibar etdi
23.12.2025 17:58 İdman

Serbiyanın “Srvena Zvezda” klubu baş məşqçi məsələsində yekun qərarını verib.

TodayPress TV xəbər verir ki, bu barədə Belqrad təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Komandanın yeni baş məşqçisi Deyan Stankoviç təyin olunub.

Xatırladaq ki, Deyan Stankoviç daha əvvəl - 2019-cu ilin dekabrından 2022-ci ilin avqustunadək “Srvena Zvezda”nı çalışdırıb.

52 yaşlı mütəxəssisin son iş yeri Moskva “Spartak”ı olub. O, noyabr ayında Rusiya klubundakı vəzifəsindən azad edilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər