Şok çempionluq iddiası: Kulthard 2026-cı ilin çempionunu indidən elan etdi
“Formula-1”in keçmiş pilotu Devid Kulthard 2026-cı il mövsümünün lideri, “Mersedes” komandasının sürücüsü Andrea Kimi Antonellinin uğurlarını təsadüfi sayanlara cavab verib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Up to Speed” podkastında danışıb.
Şotlandiyalı mütəxəssis italyan gəncin göstərdiyi nəticələri möhtəşəm adlandırıb.
“Bəziləri deyir ki, insan öz bəxtini özü yaradır. O, mövcud qaydalar və reqlament şəraitində “Formula-1”dəki ikinci mövsümündə özünün ən optimal formasını tapıb. “Mersedes” ona əla bolid verir - bu, qalib gəlməyə öyrəşmiş komandadır. Antonelli risq etməyə davam edir, lakin nəyinsə hesabına məkan həssaslığını qoruyur, hətta yeddinci döngədə divara toxunanda belə bolidinə zərər vurmur.
Nəticələr özü hər şeyi deyir. Biz sevimli pilotlarımız haqqında istədiyimiz qədər mübahisə edə bilərik, amma hər şeyin göstəricilərlə ölçüldüyü dünyada o, sabit şəkildə kəsimləri əksəriyyətdən sürətli keçir və finiş bayrağını görür. Ona görə də istəyirsinizsə ona bəxtəvər deyin. Mən isə ona fenomen deyirəm. Əgər gözlənilməz bir uğursuzluq olmasa, o, 2026-cı ildə “Formula-1” üzrə dünya çempionu olacaq”, - deyə Kulthard bildirib.
Namiq HUN