Sensasiyadan faciəyə: “Lester” üçüncü liqaya düşdü!
İdman
22.04.2026 10:12
“Lester Siti” futbol klubu İngiltərənin üçüncü divizionuna düşüb.
TodayPress TV xəbər verir ki, mövsümün sonuna iki tur qalsa da, komanda liqada qalmaq şansını riyazi olaraq itirib.
44 turdan sonra “tülkülər” "Championship" çempionatında 42 xal toplayaraq 23-cü pillədə qərarlaşıb. 21-ci pillədə yer alan “Blekbern Rovers” 44 oyundan 49 xal toplayıb və bu fərq “Lester” üçün əlçatmazdır.
Qeyd edək ki, “tülkülər” ötən mövsüm Premyer Liqada çıxış edirdi. Yekunda komanda 25 xalla 18-ci yeri tutaraq aşağı liqaya yuvarlanmışdı.
Fevral ayında klub 2023/2024-cü illər mövsümündə maliyyə dayanıqlığı qaydalarını pozduğuna görə 6 xal cərimə olunub.
Xatırladaq ki, 2015–2016-cı illər mövsümündə “Lester Siti” İngiltərə çempionu olub. Klaudio Ranyerinin rəhbərliyi altında komanda 38 turda 81 xal toplayaraq ən yaxın izləyicisi “Arsenal”ı 10 xal qabaqlamışdı.
Namiq HUN
tag: Lester Siti,İngiltərə,Championship,Premyer Liqa,Todaypress.tv,
