Səhər məşqinə gedərkən qəza – Obameyanqın başına gələnlər

Səhər məşqinə gedərkən qəza – Obameyanqın başına gələnlər
27.11.2026 08:16 İdman

“Deportivo”nun hücumçusu Pyer-Emerik Obameyanq komandanın səhər məşqinə gedərkən yol-nəqliyyat hadisəsi ilə üzləşib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” sosial şəbəkələrdə məlumat yayıb.

Futbolçu qəza nəticəsində xəsarət almayıb. O, hadisə ilə bağlı açıqlamasında hər iki şəxsin yaxşı olduğunu bildirib:

“Bir qədər qorxulu an yaşadıq, amma ikimiz də yaxşıyıq. Əsas olan da budur. Belə hadisələr həyatda baş verir. Ən vacibi, digər şəxsin də xəsarət almamasıdır. Çətin anlardan sonra yaxşı şeylər gəlir”.

Hadisə komandanın planlaşdırılan məşqindən əvvəl səhər saatlarında baş verib. Qabonlu hücumçu qəza nəticəsində yalnız qorxu yaşayıb.

Qeyd edək ki, 37 yaşlı Obameyanq 2025-ci ildə “Deportivo”ya keçib və hazırda İspaniya klubunda çıxış edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər