Azərbaycan boksçuları İstanbulda qızıl medal uğrunda mübarizəyə başlayır!
Türkiyənin İstanbul şəhərində boks üzrə IBA Prezident kuboku turniri keçirilir.
TodayPress TV xəbər verir ki, yarışda Azərbaycanın 10 boksçusu qələbə uğrunda mübarizə aparacaq.
Boksçularımız yarışda böyük məşqçi Nəriman Abdullayev, həmçinin məşqçilər Rəhim Allahverdiyev və Rüfət Aslanovun rəhbərliyi altında çıxış edəcəklər.
Turnirdə ölkəmizin idman şərəfini Bilalhəbaşi Nəzərov (50 kq), Tural Sarıyev və Nicat Hüseynov (hər ikisi 52 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev və Tayfur Əliyev (hər ikisi 60 kq), Malik Həsənov və Zaur Qəhrəmanov (hər ikisi 65 kq), Sərxan Əliyev (70 kq), eləcə də Seyid Seyidov (85 kq) qoruyacaqlar.
Yarışın qalibləri dekabrın 4-də müəyyənləşəcək.
Qeyd edək ki, Fuad Aslanov və Rövşən Qədirov İstanbulda keçirilən turnirdə ölkəmizi hakim kimi təmsil edəcəklər.
Namiq HUN