Şarapovadan səmimi etiraf: artıq əvvəlki kimi deyiləm
İdman
23.04.2026 13:41
Beşqat “Böyük Dəbilqə” turnirlərinin qalibi, sabiq dünya bir nömrəsi, rusiyalı tennisçi Mariya Şarapova niyə artıq tennis oynamadığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Pretty Tought” podkastında bildirib.
Şarapova karyerasını başa vurduqdan sonra tennisə münasibəti və hissləri barədə danışıb.
“Xeyr”, – deyə o, hazırda tennis oynayıb-oynamadığı ilə bağlı suala gülərək cavab verib.
O bildirib ki, sonuncu dəfə bir neçə ay əvvəl korta çıxıb.
“Tennis mənim üçün ağrılı mövzu deyil. Bu idman növünü sevirəm, izləyirəm. Sadəcə, həyatda elə an gəlir ki, sən əvvəllər hansısa işdə çox yaxşı olmusan, amma artıq bunu əvvəlki kimi edə bilmirsən. Ya bədənin imkan vermir, ya da əvvəlki hiss qalmır. Əgər əvvəlki səviyyədə deyilsənsə, niyə başqalarından geri qalasan? Həyatda məşğul ola biləcəyin çox şey var.
Bəli, bu, əla məşqdir və mənim çox gözəl xatirələrim qalıb”, – deyə Şarapova bildirib.
O, həmçinin fiziki durumunun dəyişdiyini etiraf edib:
“Bəli, tam olaraq belədir. Sürətim əvvəlki kimi deyil, reaksiyam da dəyişib”.
Namiq HUN
tag: Mariya Şarapova,Böyük Dəbilqə,Tennis,Karyera,Todaypress.tv,
