Şampan, qırılan şüşə və pirotexnika: Norrisin unudulmaz Braziliya qələbəsi!
“Maklaren” komandasının pilotu Lando Norris San-Paulu şəhərində keçirilən Braziliya Qran-prisində qələbəni qeyd edərkən qulağını necə zədələdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, mükafatlandırma mərasimindən sonra azarkeşlər pirotexniki vasitənin onun qulağına dəydiyini fərq ediblər.
Norris yayım zamanı baş verənləri belə danışıb:
“Qulağım qaydasındadır, soruşduğunuz üçün təşəkkür edirəm! Hamı soruşur: “Oraya niyə soxuldun?” Hər şey ona görə oldu ki, gözümə şampan şərabı sıçratdılar və heç nə görmürdüm. Hara getdiyimi anlamırdım. Düşünmürəm ki, adamlar şampan gözə düşəndə bunun nə qədər güclü ağrıtdığını anlayırlar.
Hara hərəkət etdiyimi başa düşmürdüm və birdən qulağımın kifayət qədər istiləşdiyini hiss etdim. Bunu görə bilmirdim, sadəcə hiss etdim. Üstəlik, həyatımda ilk dəfə şüşəmin qırılmasından artıq şokda idim. Ancaq heç bir ağrı yox idi. Düşünürəm ki, sadəcə qulağımda nəsə hiss etdim və bunun milçək olduğunu zənn etdim”.
Namiq HUN