“Sabah” U-19 üçün ağır məğlubiyyət – “Barselona”dan 7 cavabsız qol!
“Sabah” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib.
TodayPress TV xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda İspaniyanın “Barselona” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Bank Respublika Arena”da keçirilən görüş qonaqların 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Sabah” U-19 komandası bundan əvvəl keçirdiyi dörd oyunun hamısında məğlub olub. Azərbaycan təmsilçisi turnir cədvəlində 36 komanda arasında sonuncu pillədə qərarlaşıb.
Namiq HUN