Ermənistanın keçmiş müdafiə nazirinə yeni ittiham irəli sürüldü

Ermənistanın keçmiş müdafiə nazirinə yeni ittiham irəli sürüldü
25.11.2026 15:23 Dünya

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı yeni ittiham irəli sürülüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.

Məlumata görə, Tonoyan ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Eyni cinayət işi üzrə Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi Norayr Yolçyan da məsuliyyətə cəlb edilib. O, Tonoyana kömək etməkdə ittiham olunur.

Bildirilir ki, hər iki şəxs barəsində ölkəni tərk etməmək qadağası və girov qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cinayət işi noyabrın 24-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə daxil olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər