Sumqayıt bulvarında 20 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıt bulvarında 20 yaşlı oğlanın meyiti tapıldı
25.11.2026 16:10 Hadisə

Sumqayıt bulvarında dənizdə batan 20 yaşlı oğlanın meyiti tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, 18 noyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər