Bakıda tələbə 5-ci mərtəbədən yıxılaraq öldü

Bakıda tələbə 5-ci mərtəbədən yıxılaraq öldü
25.11.2026 16:46 Hadisə

Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.

TodayPress TV Oxu.az-a istinadən xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi olan Həsən Əlili binanın 5-ci mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib.

Mərhumun əslən Tovuz rayonundan olduğu bildirilir.

O, ali məktəbə qəbul imtahanlarında yüksək nəticə (652 bal) göstərib.

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər