"Nvidia" rəhbərinin Maskla görüşü gündəm oldu - FOTO

"Nvidia" rəhbərinin  Maskla görüşü gündəm oldu - FOTO
25.11.2026 16:57 Dünya

Sahibkar İlon Mask vəzifəsinə bərpa edildikdən sonra “Nvidia” şirkətinin baş direktoru Censen Huang ilə görüşüb.

TodayPress TV xəbər verir ki,  görüşdən fotolar “BEP Research” şirkətinin təsisçisi və “Nvidia” investorlarından biri olan Ben Pouladianın “X” sosial şəbəkəsində paylaşılıb.

Paylaşılan görüntülərdə Mask və Huangın bir araya gəldiyi anlar əks olunub. Görüşün “Nvidia”nın baş qərargahında keçirildiyi bildirilir.

Hələlik tərəflərin müzakirə etdiyi məsələlər barədə rəsmi açıqlama verilməyib. Görüşün süni intellekt, çip texnologiyaları və Maskın rəhbərlik etdiyi şirkətlərin “Nvidia” ilə əməkdaşlığı ilə bağlı olub-olmadığı da məlum deyil.

Jalə Rövşən 

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər