Lukaşenko özündən sonra kimin prezident olacağını açıqladı
Belarus Prezidenti Aleksandr Lukaşenko özündən sonra ölkəyə kimin rəhbərlik edəcəyi ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, dövlət başçısı bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.
Lukaşenkonun sözlərinə görə, onun xələfini xalq seçəcək və ölkənin növbəti prezidenti seçkilər yolu ilə müəyyənləşəcək.
“Xalq kimi seçsə, o da prezident olacaq. 1994-cü ildə hakimiyyətə gələndə xalq məni seçdi. O dövrdəki hökuməti rədd edərək mənə səs verdilər”, – deyə Belarus Prezidenti bildirib.
O, hakimiyyətin ötürülməsi ilə bağlı müzakirələrə də toxunaraq, bu prosesin xalqın seçimi əsasında baş verəcəyini vurğulayıb.
Lukaşenko həmçinin prezident postundan ayrıldıqdan sonra müəyyən imtiyazlara sahib ola biləcəyini, lakin bunun gözlənildiyi kimi olmayacağını qeyd edib.
Türkan İsgəndərli