Estoniyadan Rusiya ilə bağlı qərar: Sərhəd qeyri-müəyyən müddətə bağlana bilər

Estoniyadan Rusiya ilə bağlı qərar: Sərhəd qeyri-müəyyən müddətə bağlana bilər
25.11.2026 16:41 Dünya

Estoniya Rusiya ilə sərhədin bağlanmasını qeyri-müəyyən müddətə nəzərdə tutan qərar qəbul edə bilər.

TodayPress TV xəbər verir ki, Estoniyanın Baş naziri Kristian Mixal bu barədə ERR telekanalına müsahibəsində danışıb.

Baş nazirin sözlərinə görə, Estoniya-Rusiya sərhədinin bağlanması ilə bağlı qərar zərurət yaranarsa, hüquqi baxımdan da təsdiqlənməlidir.

O bildirib ki, hökumət hələlik dəmir yolu sərhəd-keçid məntəqəsinin bağlanması barədə qərar qəbul etməyib. Lakin bu variant mümkün növbəti addım kimi nəzərdən keçirilir.

“Hazırda bu məsələ ilə bağlı heç bir qərar verməmişik və zərurət yaranarsa, bu, növbəti addım olacaq. Lakin addımlar həmişə mütənasib olmalıdır”, – deyə Kristian Mixal bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər