“Sabah” ili lider kimi başa vurdu
İdman
23.12.2025 11:28
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün qış çempionunun adına aydınlıq gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
XVI turun “Sumqayıt” – “Sabah” qarşılaşmasında 3:1 hesablı qələbə qazanan paytaxt təmsilçisi yeni ili turnir cədvəlinin lideri kimi qarşılayacaq.
Bakı klubu 37 xalla son dörd mövsümün qış çempionu olan “Qarabağ”ı 1 xal qabaqlayıb. Tarixində ilk dəfə qış çempionu olan “Sabah” Azərbaycan çempionatları tarixində ili zirvədə başa vuran 10-cu komanda olub.
Qeyd edək ki, qış çempionluğu titulunu ən çox qazanan klub “Qarabağ”dır – 11 dəfə. “Neftçi” bu ada 9 dəfə yiyələnib. “Kəpəz” və “Şamaxı”nın 3, “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Şüvəlan”ın isə hərəsinin 1 qış çempionluğu var.
Namiq HUN
tag: Sabah,Klub,Mövsüm,Lider,Todaypress.tv,
