Azərbaycan güləşçisi dünya çempionatını medalsız başa vurdu

Azərbaycan güləşçisi dünya çempionatını medalsız başa vurdu
27.10.2026 18:27 İdman

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını mükafatsız başa vurub.

TodayPress TV xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla üz-üzə gəlib.

Rəqibinə 5:8 hesabı ilə məğlub olan H.Cəfərov beşinci yerlə kifayətlənib.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər