Azərbaycan Kuboku: 1/8 finala yüksələn daha iki komanda müəyyənləşdi

Azərbaycan Kuboku: 1/8 finala yüksələn daha iki komanda müəyyənləşdi
27.10.2026 19:01 İdman

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, "Qəbələ" I Liqa təmsilçisi "Mingəçevir"i 3 cavabsız qolla məğlub edib.

II Liqada çıxış edən "Kür-Araz" isə "Sumqayıt"a böyük hesabla uduzub - 0:11.

Qələbə qazanan hər iki komanda adını 1/8 finala yazdırıb.

Xatırladaq ki, II təsnifat mərhələsinin bu gün keçirilən oyunlarında "Araz-Naxçıvan" "Şimal"ı 6:0, "Marafon" isə "Zaqatala"nı 1:0 hesabı ilə məğlub edib.

Ümumilikdə bu raunda oktyabrın 29-da yekun vurulacaq.

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər