"Sabah" Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinə qələbə ilə başladı

"Sabah" Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinə qələbə ilə başladı
22.04.2026 23:00 İdman

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

TodayPress TV-nin  məlumatına görə, ilk oyun günündə "Gəncə" ilə qarşılaşan "Sabah" qələbə qazanıb.

Bakı İdman Sarayında baş tutan matç "bayquşlar"ın 96:67 hesablı üstünlüyü ilə bitib.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə sabah "Abşeron Lions" və "Neftçi" komandaları münasibətləri aydınlaşdıracaqlar. İki qələbəyə çatan tərəf finala yüksələcək.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər