“Real”da ehtiyatda qalan Trentə keçmiş klubu əl uzadır
Madrid “Real”ının ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold yenidən “Liverpul”a qayıda bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “SER Deportivos” jurnalisti Pakoho Delqado məlumat yayıb.
Bildirilib ki, İngiltərə təmsilçisi qış transfer pəncərəsində “Real”ın müdafiəçisini heyətinə qatmaq imkanını nəzərdən keçirir. Artıq futbolçunun ətrafı ilə ilkin əlaqələr də qurulub. Transferin ilk mərhələdə icarə əsasında reallaşması mümkündür.
Bununla belə, mümkün keçidin qarşısını ala biləcək iki əsas amil var. Bunlardan biri Aleksander-Arnoldun yüksək məvacibi, digəri isə onun “Real”ın yarımmüdafiəçisi Cud Bellinqemlə dostluğudur.
Trent komandadan ayrılacağı təqdirdə “kral klubu”nun baş məşqçisi Joze Mourinyo “Tottenhem”də çıxış edən Pedro Porrunun transferini tələb edə bilər.
Qeyd edək ki, Aleksander-Arnold “Liverpul”un yetirməsidir. O, 2004-cü ildən klubun sistemində yer alıb və 2025-ci ildə “Real”a keçib. Lakin ingiltərəli futbolçu Madrid klubunda əsas heyətdə möhkəmlənə bilməyib. O, ötən mövsüm cəmi 14 oyunda start heyətində yer alıb. Cari mövsümdə isə yalnız üç dəfə ilk “11-lik”də meydana çıxıb.
Namiq HUN