Fransada mindən çox polis xəstəxanalıq oldu
Fransada sentyabrın ikinci yarısından başlayan etirazlar zamanı hüquq-mühafizə orqanlarının 1193 əməkdaşı xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunes “BFMTV” telekanalına açıqlamasında bildirib.
“Bu, ciddi problemdir. Xoşbəxtlikdən, xəsarətlərin əksəriyyəti yüngül olub. Lakin polislərin xəstəxanaya yerləşdirildiyi son dərəcə ciddi hallar da qeydə alınıb”, – deyə nazir vurğulayıb.
Oktyabrın 18-də Fransa Prezidenti Emmanuel Makron etirazların gələcəkdə təkrarlanmaması üçün hökumətdən tədbirlər görməyi tələb edib. O, təcili müraciətində iğtişaşlarda günahkar olanların cəzalandırılacağını və zərər çəkmiş biznes sahiblərinə dəstək göstəriləcəyini vəd edib.
Aysel Mətləb