NBA-də yeni ulduz parlayır: Lendeborqdan tarixi başlanğıc!
“Qolden Steyt Uorriorz”un 24 yaşlı amerikalı forvardı Yaksel Lendeborq NBA-in əfsanəvi basketbolçusu, dördqat çempion Şakil O'Nilin 1992-ci ildə müəyyənləşdirdiyi statistik göstəricini təkrarlayıb.
TodayPress TV xəbər verir ki, NBA-in mətbuat xidməti bu barədə məlumat yayıb.
“Uorriorz”un yeni oyunçusu son 34 ildə NBA-də debüt mövsümünün ilk beş matçında orta hesabla ən azı 20 xal toplayan və 9 ribaund edən ilk basketbolçu olub.
2026/2027-ci illər mövsümünün müntəzəm çempionatının startında Lendeborq orta hesabla 22,6 xal və 9,2 ribaundla çıxış edir. O, keçirdiyi beş oyunda ümumilikdə 113 xal, 46 ribaund və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
Belə göstəricilərə sonuncu dəfə debüt mövsümünün eyni mərhələsində “Orlando Mecik”in formasını geyinən Şakil O'Nil nail olmuşdu.
Lendeborq sonuncu matçda “Minnesota Timbervulvz”a qarşı 119:114 hesablı qələbədə də mühüm rol oynayıb. Amerikalı basketbolçu qarşılaşmanı 26 xal və 9 ribaundla başa vurub. O, meydandan 20 atışın 11-ni dəqiq yerinə yetirib.
Bundan əlavə, Lendeborq “Qolden Steyt” tarixində Stiven Kerridən sonra ardıcıl üç oyunda ən azı 25 xal toplayan ilk debütant olub. Kari bu göstəriciyə 2010-cu ildə nail olmuşdu.
Namiq HUN