Rusiyanın yanacaq istehsalına ağır zərbə: Şəhər duman altında - GÖRÜNTÜLƏR
Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərində neft emalı zavodunda yanğın baş verib. Hadisənin pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə əlaqəli olduğu ehtimal edilir.
TodayPress TV xəbər verir ki, bu barədə "ASTRA" nəşri məlumat yayıb.
Məlumata görə, yanğının Novokuybışevsk Neft Emalı Zavodunun ərazisində baş verib.
Digər tərəfdən, Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan daha 25 dronun məhv edildiyini açıqlayıb.
Qeyd edək ki, zavod 2007-ci ildən «Rosneft» şirkətlər qrupuna daxildir. Müəssisə ildə təxminən 8,8 milyon ton neft emal etmək gücünə malikdir. Burada avtomobil benzini, dizel, reaktiv yanacaq, bitum və digər neft məhsulları istehsal olunur.
Türkan İsgəndərli