Ombudsman vəzifəsinə namizədlərin ADLARI

Ombudsman vəzifəsinə namizədlərin ADLARI
30.10.2026 09:05 Siyasət

Ombudsman vəzifəsinə namizədlərin adı açıqlanıb.

TodayPress TV xəbər verir ki, sözügedən məsələ parlamentin İnsan hüquqları konitəsinin bugünkü iclasında müzakirərə çıxarılıb.

Belə ki, namizədlər hazırkı ombudsman Səbinə Əliyeva, hüquqşünas alim, professor, hüquq elmləri doktoru və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi və Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.

Qeyd edək ki, Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir. Bu proses Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə tənzimlənir.

Hazırkı ombudsman Səbinə Əliyevadır və o, bu vəzifəyə 2019-cu ilin noyabrında seçilmişdi.

TodayPress TV 


XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər