Kerrik geri addım atmadı, amma Fernandeşin kapitanlığını qorudu
“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik komandanın yarımmüdafiəçisi Brunu Fernandeşin kapitanlıq statusunu qoruyub-qorumayacağı ilə bağlı suala cavab verib.
TodayPress TV “BBC”yə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis Premyer Liqanın IX turunda “Çelsi” ilə keçiriləcək oyundan əvvəl bu məsələyə münasibət bildirib.
Qeyd edək ki, Fernandeş daha əvvəl UEFA Çempionlar Liqasında keçirilən matçdakı məğlubiyyətdən sonra Kerrikin və onun məşqçi heyətinin taktiki qərarlarını açıq şəkildə tənqid edib. Bu açıqlama tərəflər arasında fikir ayrılığına səbəb olub.
Bununla belə, Kerrik portuqaliyalı futbolçunun kapitan olaraq qalacağını təsdiqləyib.
“Artıq dediyim kimi, o, bu komanda üçün vacib oyunçudur. Əvvəllər də belə olub, bundan sonra da belə olacaq. Vəziyyəti dəyişmək və hər şeyi düzgün istiqamətə yönəltmək üçün birlikdə çalışmalıyıq.
O, bu futbol klubuna tam sadiqdir və hər şeyi daha yaxşı etmək istəyir. Buna görə də heç nə dəyişmir.
Fernandeş uzun illər və çoxsaylı oyunlar ərzində komandaya uğurla rəhbərlik edib. O, bundan sonra da bu işi davam etdirəcək”, – deyə Kerrik bildirib.
Namiq HUN