Qızıl medal üçün son döyüş: Azərbaycanlı cüdoçu finalda

Qızıl medal üçün son döyüş: Azərbaycanlı cüdoçu finalda
01.11.2026 16:40 İdman

Azərbaycan cüdoçusu İbrahim Talıbov Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında finala yüksəlib.

TodayPress TV xəbər verir ki, -55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı məğlub edərək ardıcıl ikinci qələbəsini qazanıb.

Talıbov yarışa 1/4 final mərhələsindən başlayıb. O, ilk görüşündə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussaya qalib gəlib.

Cüdoçumuzun final görüşü Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər