Moskva Avropaya meydan oxudu: Bu şərtlərlə danışıq mümkün deyil
Avropa Rusiyanın məğlub edilməsini istəyir, bu isə Moskva ilə dialoqu mümkünsüz edir.
TodayPress TV xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.
O bildirib ki, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe oktyabrın 27-də Vladimir Putinlə telefon danışığını Avropa İttifaqı adından deyil, öz ölkələrinin nümayəndələri kimi aparıblar.
Peskovun sözlərinə görə, Avropanın Rusiyaya münasibətdə bu cür yanaşması Moskva ilə danışıqları mümkünsüz edir.
Kübra Musayeva