Premyer Liqa: “Neftçi” “Şamaxı”nı məğlub etdi

Premyer Liqa: “Neftçi” “Şamaxı”nı məğlub etdi
01.11.2026 17:28 İdman

Azərbaycan Premyer Liqasının 10-cu turunda “Şamaxı” və “Neftçi” futbol komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

TodayPress TV xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 14-cü dəqiqədə “Neftçi”nin futbolçusu Qustavo Klisman açıb. Meydan sahibləri 24-cü dəqiqədə Abdullahi Şuaybunun qolu ilə tarazlığı bərpa ediblər. İlk hissə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İkinci hissəyə fəal başlayan “Neftçi” 49-cu dəqiqədə Breno Almeydanın qolu ilə yenidən önə keçib. Lakin “Şamaxı” 64-cü dəqiqədə Ayman Bualinin möhtəşəm qolu sayəsində hesabı bərabərləşdirib.

Görüşün 75-ci dəqiqəsində Adeleke Akinyemi fərqlənərək “Neftçi”yə qələbə qazandıran qolun müəllifi olub.

Bu nəticədən sonra xallarını 21-ə çatdıran “Neftçi” turnir cədvəlində birinci pilləyə yüksəlib. “Şamaxı” isə 13 xalla yeddincidir.

Qeyd edək ki, “Şamaxı”nın “Neftçi” üzərində qələbəsizlik seriyası 14 oyuna çatıb. Komandaların əvvəlki qarşılaşması da Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər