Səfir təyinatında gərginlik iddiası: Moskva danışdı

Səfir təyinatında gərginlik iddiası: Moskva danışdı
01.11.2026 18:20 Dünya

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Moskvadakı yeni səfirinin təyinatının qəbul edilməməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

TodayPress TV  xəbər verir ki, “Qraparak” qəzeti daha əvvəl Ermənistanın Moskvaya səfir təyin etmək istədiyi Samvel Mkrtçyanın namizədliyinin Rusiya tərəfindən qəbul edilmədiyini yazmışdı. Nəşr bu ehtimalı Mkrtçyanın Avropadakı fəaliyyəti ilə əlaqələndirmişdi.

Rusiya XİN-dən isə bildirilib ki, Samvel Mkrtçyanın səfir vəzifəsinə namizədliyinin razılaşdırılmasından imtina edilməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

“Bu nəşrdə yayılan məlumatlar həqiqətə uyğun deyil”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər