Portuqaliyalı ulduzun yeni ünvanı İtaliya ola bilər
İdman
24.04.2026 09:30
Bernardu Silva karyerasını “Yuventus” klubunda davam etdirə bilər.
TodayPress TV xəbər verir ki, Turin təmsilçisi “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silvanı transfer etməkdə maraqlıdır.
31 yaşlı portuqaliyalı futbolçu daha əvvəl mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlayıb. O, yayda azad agent statusu ala bilər.
Bernardu Silva 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir. O, klubun heyətində bütün turnirlərdə keçirdiyi 453 oyunda 76 qol vurub və 77 məhsuldar ötürmə edib.
Təcrübəli yarımmüdafiəçi bu müddətdə altı dəfə İngiltərə çempionu olub, beş dəfə İngiltərə Liqa Kubokunu, üç dəfə İngiltərə Superkubokunu, iki dəfə isə İngiltərə Kubokunu qazanıb.
Qeyd edək ki, futbolçunun “Mançester Siti” ilə müqaviləsi iyunun 30-a qədər qüvvədədir.
“Transfermarkt” portalında Bernardu Silvanın transfer dəyəri 27 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Yuventus,Bernardu Silva,Mançester Siti,Klub,Todaypress.tv,
