DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu - FOTO

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu - FOTO
14.09.2026 18:05 Hadisə

DTX tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

TodayPress TV xəbər verir ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilib.

Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.

Qeyd edək ki, "Çevik" ləqəbli Məqsəd Bağırov bir müddətdir Tiktok platformasında canlı yayımları ilə gündəmə gəlmişdi. Bir müddət əvvəl Qəbələdə Məqsəd Bağırova hücum edildiyi bildirilib.


TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər