Sürpriz addım: "River Pleyt"in əfsanəsi Ekvador millisini çalışdıracaq
Ekvador Milli Komandası sosial şəbəkə hesablarında Marselo Qalyardonun baş məşqçi postuna təyin olunduğunu rəsmən elan edib. Tərəflər arasında bağlanan müqavilənin müddəti və digər təfərrüatları hələlik açıqlanmır.
TodayPress TV xəbər verir ki, Qalyardo bu vəzifədə Sebastyan Bakkaseseni əvəzləyib.
Sabiq baş məşqçi “DÇ – 2026”nın 1/16 final mərhələsində Meksikaya məğlubiyyətdən sonra istefa vermək qərarına gəlib. Ekvador millisinin 1/8 finala yüksələ bilməməsindən sonra Bakkasese postunu tərk etdiyini bəyan etmişdi.
Marselo Qalyardonun son iş yeri Argentina təmsilçisi “River Pleyt” olub. Mütəxəssis daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-İttihad” və Uruqvayın “Nasyonal” klublarını da çalışdırıb.
Namiq HUN