Rusiya "Şahid"i böyüdüb İrana geri qaytarır

Rusiya "Şahid"i böyüdüb  İrana geri qaytarır
14.09.2026 17:57 Dünya

İran Rusiyadan İsrail və ABŞ-a qarşı müharibədə istifadə etmək üçün reaktiv mühərrikli “Geran-4” və “Geran-5” hücum dronlarının tədarükünü istəyib.

TodayPress TV bu barədə  “Financial Times”a istinadən xəbər verir.

Qeyd edilir ki, yeni “Geran” variantları saatda təxminən 450-500 kilometr sürət yığa bilir. Bu dronlar son aylarda Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi uzaqmənzilli hücumların xarakterini əhəmiyyətli dərəcədə dəyişib.

Qəzet yazır ki, “Geran” dronlarının bu xüsusiyyətləri İranın diqqətini cəlb edib. Maraqlı məqam isə “Geran” ailəsinin əsasında İranın 2022-ci ildə Rusiyaya ötürdüyü “Şahed-136” texnologiyasının dayanmasıdır.

Əgər İranın tələbi nəticəsində Rusiyadan bu dronların tədarükü baş tutarsa, bu, iki ölkə arasında hərbi əməkdaşlıqda diqqətçəkən dönüş olacaq. Belə ki, vaxtilə Rusiyanı əsas dron texnologiyası ilə təmin edən İran indi həmin texnologiyanın Rusiyada daha da təkmilləşdirilmiş versiyalarını geri ala bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər