Neft tankerləri Hörmüz boğazından belə keçir... - Energetika naziri AÇIQLADI

Neft tankerləri Hörmüz boğazından belə keçir... - Energetika naziri AÇIQLADI
14.09.2026 18:14 Dünya

Neft tankerləri Hörmüz boğazından gecə saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin mühafizəsi altında keçirlər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Al Jazeera" telekanalının sualını cavablandırarkən bildirib.

"Neft tankerlərinin Hörmüz boğazından keçidi ABŞ HDQ-nin müşayiəti ilə gecə vaxtı həyata keçirilir. Hörmüz boğazını keçən gəmilərin sayı haqqında Amerikanın məlumatları dəqiqdir, çünki təxmini mülahizələrə deyil, gəmilərin faktiki hərəkətinə əsaslanır", - deyə o bəyan edib.

Amerikalı nazirin iddiasına görə, ABŞ dünya gəmiçiliyini girov götürməklə İranın istifadə etməyə çalışdığı təzyiq rıçaqını onun əlindən alıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər