Piastrinin sürmə üslubu çempionluğa mane olub
İdman
25.12.2025 14:18
“Maklaren” mühəndisləri Piastrinin “Formula-1” titul mübarizəsində uğursuzluğunun səbəbini açıqlayıblar
TodayPress TV xəbər verir ki, bu barədə F1 Oversteer nəşri məlumat yayıb.
“Maklaren” komandasının mühəndisləri 2025-ci il mövsümündə Oskar Piastrinin çempionluq şanslarını itirməsində əsas amilin onun pilotaj üslubu olduğunu düşünürlər.
“Bu proses Monzadan sonra başladı. Elə buna görə də sui-qəsd nəzəriyyəsinin tərəfdarları inanmaq istəyirlər ki, guya “Maklaren” Lando Norrisə üstünlük verirdi. Çünki Monzada komanda əmrləri oldu. Təsadüfən Piastrinin Norrisi ötüb keçməsinə imkan vermişdilər və sonradan nizamı bərpa etmək üçün müdaxilə etdiklərini düşündülər. Bundan dərhal sonra isə Piastri Bakıda iki dəfə baryerlərə çırpıldı. Məhz bu hadisələr sui-qəsd iddialarına təkan verdi.
Lakin mühəndislərlə danışdıqda aydın olur ki, məsələ daha çox Piastrinin sürmə tərzindədir. O, bir çox cəhətdən Alen Prosta bənzəyir - soyuqqanlı və çox sürətlidir. Həftəsonu ərzində maşını ideal vəziyyətə gətirmək üçün çalışır və maşının sürüşməsini sevmir. Amma tutumun az olduğu traslarda maşın sürüşür və müasir “Formula-1” bolidlərinin ağır və ön hissədən idarə olunması səbəbindən döngələri keçmək üçün arxa hissəni bir qədər sürüşdürmək lazımdır.
Bu isə Piastrinin düşüncə tərzinə uyğun gəlmir. Ona maşını trayektoriyaya salmaq üçün lazım olan xırda mikro-sürüşmələri yaratmaq çox çətindir. Məhz bu bacarıq üzərində onun ciddi işləməsi lazımdır və bunu bütün mühəndislər təsdiqləyir”, — deyə F1 Oversteer nəşri sitat gətirib.
Namiq HUN
tag: “Formula-1”,“Maklaren”,Oskar Piastri, Çempionluq,Todaypress.tv,
