Parislilər “Real”ın təcrübəli müdafiəçisinə göz dikib
İdman
25.12.2025 09:10
PSJ klubu Madrid “Real”ının müdafiəçisi Antonio Rüdigerlə maraqlanır.
TodayPress TV xəbər verir ki, bu barədə El Nacional nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, parislilər 32 yaşlı futbolçuya sərfəli müqavilə təklif etməyə hazırdırlar ki, onu yayda Madrid təmsilçisindən ayrılmağa razı salsınlar.
Bildirilir ki, PSJ rəhbərliyi gənc heyətin soyunub-geyinmə otağında təcrübəli liderə ehtiyac olduğunu düşünür və bu rolu Rüdigerin yerinə yetirə biləcəyinə inanır.
Qeyd edək ki, 2025/2026 mövsümündə alman müdafiəçi “Real”ın heyətində bütün turnirlərdə 7 matça çıxıb və məhsuldar fəaliyyəti ilə fərqlənməyib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt portalında Rüdigerin bazar dəyəri təxminən 12 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Paris , Antonio Rüdiger,Madrid “Real”ı,PSJ,Todaypress.tv,
