Bortoleto həmkarlarının narazılığına təəccübləndi: “Nə istəyirlər axı?”

Bortoleto həmkarlarının narazılığına təəccübləndi: “Nə istəyirlər axı?”
27.11.2026 13:50 İdman

“Audi” komandasının pilotu Qabriel Bortoleto Las-Veqas Qran-prisindəki mübarizənin xarakterini tənqid edən həmkarları ilə razılaşmayıb.

TodayPress TV “PlanetF1” nəşrinə istinadən xəbər verir ki, braziliyalı sürücü bildirib ki, pilotlar həm ötmələrin azlığından, həm də çoxluğundan narazılıq edirlər.

Bortoleto qeyd edib ki, Las-Veqasda keçirilən yarışdan özü razı qalıb və heç bir şikayəti yoxdur:

“Etiraf etməliyəm ki, düzlüklərdə sürətimiz kifayət qədər olmadığı üçün bəzi ötmələri döngənin ortasında, son anda həyata keçirməli olurdum. Buna görə də yarış mənim xoşuma gəldi. Bəzi hallarda rəqib avtomobilin batareyasının enerjisi bitəndə düz yolda da ötmələr etdim. Lakin Olliver Bermanla mübarizə də daxil olmaqla, manevrlərimin əksəriyyəti birinci döngədə baş verdi. Çox gərgin mübarizə idi.

Yarışdan həqiqətən zövq aldım və şikayət etməzdim. Düşünürəm ki, artıq bir qədər sakitləşməyin vaxtıdır. Bəzi pilotlar ötmələr olmayanda, digərləri isə çox olanda narazılıq edirlər. Bəs onlar nə istəyirlər? Sadəcə sükan arxasında öz işimizi görməliyik.

Mənim üçün bunlar adi ötmələr idi. Uzun müddətdir belə gərgin mübarizə aparmamışdım. Finişdən sonra Olliverlə də söhbət etdim. Onunla bu qədər yaxın mübarizə aparmaq çox xoş idi. Bir neçə dəfə Niko Hülkenberqlə də mübarizə apardım. Əgər bu yarışlar son bir neçə mərhələdə çatışmayan ötmə mübarizəsi hissini bir qədər də olsa geri qaytarırsa, bu, müsbət haldır”.

Namiq HUN

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər