U-15 Dünya Çempionatı: İspaniya Çempion Oldu!
Bu gün Bakıda baş tutan FIFA U-15 dünya çempionatı və festivalının qalibləri rəsmən müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan A Divizionunun həlledici final qarşılaşmasında İspaniya və Çexiya yığmaları üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun İspaniya millisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Bununla da İspaniya komandası turnirin baş mükafatına sahib çıxıb.
Çempionat çərçivəsində digər divizionların da final oyunları yekunlaşıb və bütün pillələrin sahibləri bəlli olub:
A Divizionu (Final): Çexiya 0 – 3 İspaniya
B Divizionu (33-cü yer uğrunda): Portuqaliya 2 – 5 Zambiya
C Divizionu (65-ci yer uğrunda): Tunis 0 – 3 Belarus
D Divizionu (97-ci yer uğrunda): Kanada 2 – 4 Tacikistan
E Divizionu (129-cu yer uğrunda):Mərkəzi Afrika Respublikası 4 – 1 Banqladeş
F Divizionu (161-ci yer uğrunda):Yeni Zelandiya 2 – 1 Efiopiya
Hazırda FİFA presidenti Canni İnfantino, AFFA prezidenti Rövşən Nəcəf və digər FİFA nümayəndələri qalibləri mükafatlandırır.