Niderlandlı futbolçu transfer siyahısına düşdü

Niderlandlı futbolçu transfer siyahısına düşdü
21.04.2026 17:34 İdman

“Yuventus” klubu yay transfer pəncərəsində yarımmüdafiəçi Tön Kopmeyners ilə yollarını ayıra bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb. 

Bildirilib ki, Turin təmsilçisi maliyyə balansını qorumaq üçün satışlara ehtiyac duyur və niderlandlı futbolçu komandadan ayrılacaq əsas namizədlərdən biri hesab olunur. Klub onun transferindən ən azı 30 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Oyunçunun xidmətində “Mançester Yunayted” və “Qalatasaray” maraqlıdır.

 Xüsusilə “qırmızı şeytanlar”ın transfer üçün əsas favoritlərdən biri olduğu bildirilir.

Qeyd edək ki, cari mövsümdə Kopmeyners 40 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər