Nadal: “Böyüyəndə kim olacağımı hələ axtarıram”
İdman
26.12.2025 09:25
Tennis üzrə “Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi Rafael Nadal idman karyerasını başa vurduqdan sonrakı həyatı ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV AS nəşrinə istinadən xəbər verir ki, o, hazırda yeni yol axtarışındadır və gələcəkdə nə ilə məşğul olmaq istədiyini müəyyənləşdirməyə çalışır.
“Hazırda bacardığım hər şeyi öyrənirəm, bu yeni mərhələdə nəyin xoşuma gəldiyini, nəyin isə daha az maraqlı olduğunu anlamağa çalışıram. Sevdiyim işlərə daha çox vaxt ayıra bildiyim üçün özümü şanslı hesab edirəm. “Böyüyəndə kim olmaq istədiyimi” axtardığım mərhələdəyəm. Akademiyalar dünyası məni cəlb edir, buna görə də vaxtımı bu sahəyə ayırıram. Təhsil də var - həm akademiyada, həm də UAX Universitetində. Turizm də var, bəli. Mən Mayorkadanam, ona görə bu sahə də maraqlıdır. İnkişafıma kömək edən insanlarla ünsiyyət qurmağa, öyrənməyə çalışıram. Bundan başqa, bəzən mənə daha çox, bəzən isə daha az zövq verən başqa işlərlə də məşğul oluram. Zamanla yol öz-özünə formalaşacaq”, - deyə Nadal gələcəyi açıqlayıb.
Qeyd edək ki, Rafael Nadal 2024-cü ilin oktyabrında peşəkar idman karyerasını başa vurub.
Namiq HUN
tag: Rafael Nadal,Tennis,Əfsanə,Karyera,Todaypress.tv,
