NHL-də tarix yazıldı: Makdevid əfsanələrin sırasına qoşuldu!
“Edmonton Oilers” klubunun hücumçusu Konnor Makdevid XXI əsrdə NHL-də yeni rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, kanadalı hokkeyçi “Filadelfiya Flayers”lə qarşılaşmada 3 (1 qol və 2 məhsuldar ötürmə) xal toplayıb. Onun komandası rəqibini 5:2 hesabı ilə məğlub edib.
Bu nəticə sayəsində Makdevid mövsümün ilk 10 səfər oyununda topladığı xalların sayını 25-ə çatdırıb. O, bu görüşlərdə 6 qol vurub və 19 məhsuldar ötürmə edib.
Makdevid bir müntəzəm mövsümün ilk 10 səfər matçında azı 25 xal toplayan NHL tarixində beşinci hokkeyçi olub.
Bundan əvvəl bu göstəriciyə dörd oyunçu nail olub. Ueyn Qretski 1984/1985 mövsümündə 31, 1982/1983 mövsümündə isə 26 xal toplayıb. Mario Lemye 1995/1996 mövsümündə 28, Kevin Stivens 1992/1993 mövsümündə 25, Berni Nikolls isə 1988/1989 mövsümündə 25 xalla yadda qalıb.
Namiq HUN