Mareska: “Ən vacibi böyüməkdir”
İdman
25.12.2025 11:27
“Çelsi” klubunun baş məşqçisi Entso Mareska 2026-cı il üçün arzu siyahısında əsas məqamın nə olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Ən vacibi inkişafı davam etdirməkdir. Hər iki-üç gündən bir oynayanda zədələr normaldır. Əlbəttə, bütün futbolçular sağlam olsa, bu, ən ideal variant olar. Amma biz oyundan-oyuna həll yolları tapmağa çalışacağıq.
Biz dörd turnirdə mübarizə aparırıq və hazırda çox yaxşı mövqedəyik. Rəqabət aparırıq, yaxşı oynayırıq. Lakin yanvar və fevral aylarında çoxlu oyunlar var, ona görə də əsas hədəfi mart ayına qoyacağıq”, - deyə Mareskanın sözlərini “Çelsi”nin rəsmi saytı sitat gətirib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının dördüncü komandası olan “Çelsi” cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Azərbaycan çempionu “Qarabağ”la (2:2) səfər matçında xal itkisi ilə üzləşib.
Namiq HUN
tag: Entso Mareska,Çelsi,Klub,Premyer Liqa,Todaypress.tv,
