Maradona sevgisi: Qilmor bağçasını heykəllə bəzədi
İdman
24.04.2026 09:00
“Napoli” klubunun yarımmüdafiəçisi Billi Qilmor bağçasında klub əfsanəsi Dieqo Maradonanın heykəlini quraşdırıb.
TodayPress TV xəbər verir ki, 24 yaşlı şotlandiyalı futbolçu sosial şəbəkə hesabında bağçasında Maradonanın tamfiqurlu heykəlini quraşdırdığı anları əks etdirən video paylaşıb.
Heykəlin müəllifi rəssam Stefano Sesidir. Bu əsər Fuoriqrottedə stadionun tribunaltı hissəsində yerləşdirilən məşhur heykəlin surətidir.
Maraqlıdır ki, bundan əvvəl “Napoli”nin digər yarımmüdafiəçisi Skott Maktominey da öz həyətində Maradonanın heykəlini quraşdırmışdı.
Qeyd edək ki, Maradona 1984–1991-ci illərdə “Napoli”də çıxış edib. O, Neapol təmsilçisinin heyətində keçirdiyi 258 oyunda 115 qol vurub və 76 məhsuldar ötürmə edib.
Əfsanəvi argentinalı futbolçu “Napoli” ilə iki dəfə A Seriyasının, İtaliya Kubokunun, UEFA Kubokunun və İtaliya Superkubokunun qalibi olub.
Namiq HUN
tag: Billi Qilmor,Napoli,Dieqo Maradona,Heykəl,Todaypress.tv,
