Makdevid NHL-də əfsanələrin sırasına qoşuldu!

Makdevid NHL-də əfsanələrin sırasına qoşuldu!
10.11.2026 10:20 İdman

“Nyu-York Reyncers” üzərində qələbə qazanan “Edmonton Oylers”in hücumçusu Konnor Makdevid NHL tarixində nadir göstəriciyə imza atıb.

TodayPress TV xəbər verir ki, kanadalı hokkeyçi cari müntəzəm çempionatın ilk 19 matçının hər birində xal qazanıb. Bununla da o, NHL tarixində mövsümə belə uzun məhsuldarlıq seriyası ilə başlayan dördüncü oyunçu olub.

Makdevidin çıxış etdiyi “Edmonton” son qarşılaşmada “Nyu-York Reyncers”i 3:1 hesabı ilə məğlub edib. Görüşdə hesabı 7-ci dəqiqədə məhz Makdevid açıb. Leon Drayzaytl isə iki qolla qələbəyə töhfə verib.

Qeyd edək ki, bu göstəriciyə sonuncu dəfə Deni Hitli 2005/2006-cı illər  mövsümündə nail olub. O, həmin vaxt oktyabrın 5-dən noyabrın 29-dək ardıcıl 22 oyunda xal qazanıb.

Əfsanəvi Ueyn Qretski isə karyerası ərzində üç dəfə mövsümün ilk 19 matçında xal seriyası əldə edib. Onun ən yaxşı göstəricisi 1983/1984-cü illər  mövsümündə ardıcıl 51 oyunda xal qazanmasıdır.

Bu nailiyyətə imza atan digər hokkeyçi Mats Sundindir. O, 1992/1993-cü illər  mövsümündə ardıcıl 30 matçda xal qazanıb.

Namiq HUN

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər