Madrid klubu Simeoneyə tam etimad göstərir
İdman
24.12.2025 10:07
“Atletiko Madrid” klubunun rəhbərliyi komandanın baş məşqçisi Dieqo Simeone ilə əməkdaşlığın uzadılması variantını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.
Bildirilir ki, argentinalı mütəxəssisin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olsa da, klub yeni anlaşma üzərində düşünür.
Simeone ilə hələlik rəsmi danışıqlara başlanılmayıb. Lakin klub rəsmiləri onun layihənin gələcək inkişafı üçün ən uyğun fiqur olduğu qənaətindədirlər. Bu mövqeyi “Atletiko”nun prezidenti Enrike Sereso, baş direktor Migel Anxel Hil Marin və idman direktoru Mateu Alemani dəstəkləyir.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ilin dekabrından “Atletiko”nu çalışdırır. O, bu müddət ərzində klubu iki dəfə La Liqa çempionu edib.
Cari mövsümdə komanda 18 turdan sonra 37 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Namiq HUN
tag: Dieqo Simeone,Atletiko,Baş Məşqçi,Klub,Todaypress.tv,
