Luka Donçiçdən gözlənilən reaksiya: Yeni baş məşqçiyə dəstək verdi
“Los-Anceles Leykers” klubunun basketbolçusu Luka Donçiç Sloveniya millisinin yeni baş məşqçisi Domen Jevnikin təyinatını dəstəkləyib.
TodayPress TV xəbər verir ki, 27 yaşlı sloveniyalı oyun qurucusu 32 yaşlı mütəxəssisin milli komandaya rəhbərlik etməsinə müsbət yanaşıb.
Sloveniya Basketbol Federasiyasının prezidenti Matey Eryavec Siol nəşrinə açıqlamasında Donçiçin yeni baş məşqçinin təyinatını alqışladığını bildirib.
Domen Jevnik Sloveniya millisinin tarixində ən gənc baş məşqçi olub. O, ötən yay rəhbərlik etdiyi U-18 yığması ilə Avropa çempionatının qızıl medalını qazanıb.
Qeyd edək ki, Sloveniya millisinin əvvəlki baş məşqçisi Aleksandr Sekuliç Kataloniya klubunun rəhbərliyinin qərarından sonra milli komandada və “Barselona”da eyni vaxtda işləmək imkanını itirib.
Namiq HUN